Bank Of Baku

Culfada avtomobil körpüdən aşıb

Culfada avtomobil körpüdən aşıb
# 11 aprel 2023 14:31 (UTC +04:00)

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Milax kəndi ərazisində qeydə alınıb. Milax və Teyvaz kəndləri arasında olan körpüdən avtomobilin aşması nəticəsində 1988-ci il təvəllüdlü, Teyvaz kənd sakini Həşimov Orxan Həsənqulu oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Naxçıvan MR Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR