Bank Of Baku

Culfada avtomobil yanıb

Culfada avtomobil yanıb
# 29 iyul 2023 17:31 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində avtomobil yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayon ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "LADA (VAZ) Oka” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR