Bank Of Baku

Dənizdə batan Lerik sakininin meyiti tapılıb - YENİLƏNİB

Dənizdə batan Lerik sakininin meyiti tapılıb - YENİLƏNİB
# 07 avqust 2023 19:01 (UTC +04:00)

Lənkəranda dənizdə batan Lerik sakininin meyiti tapılıb.

APA-nın Cənub bürosunun məlumatına görə, Lerik rayon Bırkandul kənd sakini İsa Əliyevin meyiti tapılıb.

FHN-in məlumatına görə, 07.08.2023-cü il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18:44

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində Lerik rayon Ambu kənd sakinləri 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda üçüncü şəxsin - Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR