Bank Of Baku

DİN: Hindarx qəsəbəsində "VAZ-2107" yol kənarındakı avtomobillərlə toqquşub, piyada ölüb

DİN: Hindarx qəsəbəsində "VAZ-2107" yol kənarındakı avtomobillərlə toqquşub, piyada ölüb
# 07 iyul 2023 19:01 (UTC +04:00)

Ağdam-Ağcabədi yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR