Bank Of Baku

DİN: Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri cəzalandırılıb - VİDEO

DİN: Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri cəzalandırılıb - VİDEO
# 22 noyabr 2022 12:55 (UTC +04:00)

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edilib ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR