Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.
APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
"İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.
***
Saat 18:49
Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd edilib ki, araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Məlumata görə, Qubad İbadoğlunun ofisində axtarış aparılır.
Qeyd edək ki, Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olub. Partiya bu ilin əvvəlində buraxılıb.