DİN: Qubada vətəndaşlara külli miqdarda ziyan vuran şəxs həbs edilib

DİN: Qubada vətəndaşlara külli miqdarda ziyan vuran şəxs həbs edilib
# 23 fevral 2024 19:25 (UTC +04:00)

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

O, şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 (iyirmi min yüz) manat ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR