Bank Of Baku

Dövlətə xəyanətdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə ittiham edilən şəxsin məhkəməsi başlayıb
# 13 iyul 2023 15:00 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 19-a təyin olunub.

Qeyd edək ki, Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Əbülfət Baxşəli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR