Bank Of Baku

DYP iki rəng olan avtomobillərin cərimə meydançasına aparılmasına münasibət bildirilib

DYP iki rəng olan avtomobillərin cərimə meydançasına aparılmasına münasibət bildirilib
# 15 iyul 2023 11:59 (UTC +04:00)

Sosial şəbəkələrdə iki rəng olan avtomobillərin saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı məlumat yayılıb.

APA xəbər verir ki, sosial şəbəkə istifadəçiləri paylaşımlarında Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının avtomobillərin bir rəng olması ilə bağlı qanunun olduğunu və qanunun tələblərinin pozan sürücülərlə bağlı tədbirinin görüldüyünü qeyd ediblər.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni bütöv ban hissəsinin yarı tərəfinin başqa rəngə, digər hissəsinin isə ayrı rəngə dəyişdirilməsi yolverilməzdir:

“Nəqliyyat vasitələri istehsalçı zavodun baza modellərinə uyğun rənglənməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR