Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil iki maşınla toqquşub.
Qəza nəticəsində Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayev hadisə yerində ölüb.
1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.