Bank Of Baku

Ələt qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb

Ələt qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb
# 11 avqust 2023 19:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR