Əli Əhmədov və Rövşən Rzayev yanğın baş verən yataqxanada olub - FOTO

Əli Əhmədov və Rövşən Rzayev yanğın baş verən yataqxanada olub - FOTO
# 06 mart 2019 15:26 (UTC +04:00)

Baş nazirin müavini Əli Əhmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada olub.

ONA-nın məlumatına görə, Ə.Əhmədov və R.Rzayev sakinlərlə görüşüb, vəziyyətlə yerində tanış olublar.

Ə.Əhmədov bildirib ki, zərərçəkənlər müvəqqəti yaşayış evi ilə təmin olunacaq: “Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün yeni binalar tikilir. Burada məskunlaşan köçkünlər də gələcəkdə o binalaraq köçürüləcəklər”.

Qeyd edək ki, ötən gecə saat 23.30 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR