Ərdəbil əyalətində zəhərlənən şagirdlərin sayı 59 nəfərə çatıb.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Mərkəzi məlumat verib.
Məlumata görə, dəm qazından zəhərlənən şagirdlərin səhhəti normaldır.
***
13:59
Ərdəbildə 30 şagird dəm qazından zəhərlənib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Mərkəzi məlumat verib.
Məlumata görə, bu gün Ərdəbilin Fərzəngən məktəbinin 30 şagirdi dəm qazından zəhərlənib.
Şagirdlər xəstəxanaya yerləşdirilib.