Bank Of Baku

Ərlə arvadı öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ərlə arvadı öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 09 avqust 2023 15:19 (UTC +04:00)

Martın 31-i Daşkəsən rayon sakinləri 1946-cı il təvəllüdlü Pəri Məmmədova və 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovun yaşadıqları evdə öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Daşkəsən rayon prokurorluğundan APA-ya verilnə xəbərə görə, istintaqla 1983-cü il təvəllüdlü Şahin Ələsgərovun onunla eyni qəsəbədə yaşayan tanışları Pəri Məmmədova və onun əri Məhərrəm Məmmədovun yaşadıqları evə gəlib onlara küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahin Ələsgərova Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi quldurluqla əlaqədar öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR