Bank Of Baku

Ermənistana casusluqda təqsirləndirilən şəxsə 17 il cəza verilib

Ermənistana casusluqda təqsirləndirilən şəxsə 17 il cəza verilib
# 11 avqust 2023 16:33 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H. Paşayev 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR