Bank Of Baku

Evlərdən 10 min manatdan artıq oğurluq edən şəxs saxlanılıb

Evlərdən 10 min manatdan artıq oğurluq edən şəxs saxlanılıb
# 05 avqust 2023 11:40 (UTC +04:00)

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olan 40 yaşlı Rüstəm Əzizov saxlanılıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla onun rayonun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumlikdə dəyəri 10.000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR