Bakıda əvvəllər məhkum olunmuş şəxs oğurluğa görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də rayon ərazisində iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Səmədov saxlanılıb.
Araşdırma aparılır.