Bank Of Baku

FHN daha bir qanunsuz tikintinin qarşısını alıb - VİDEO

FHN daha bir qanunsuz tikintinin qarşısını alıb - VİDEO
# 24 noyabr 2022 10:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR