Bank Of Baku

FHN: Gəncədə xəstəxanada yanğın zamanı 148 nəfər təxliyə olunub

Fuad Hüseynov

© APA | Fuad Hüseynov

# 26 aprel 2023 11:31 (UTC +04:00)

Gəncədə xəstəxanada baş verən yanğın zamanı 148 nəfər təxliyə olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bunu FHN-nin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovnik Fuad Hüseynov deyib.

Qeyd olunub ki, bu gün Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinə 09:52 radələrində Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.O bildirib ki, dərhal hadisə yerinə yanğınsöndürən avtomobillər və şəxsi heyət cəlb olunub: “Hadisə yerinə yanğınsöndürən avtomobillər 09:58-də çatıb. Hadisə yerində çatanda məlum olub ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın olub və tüstülənmə baş verib. Tüstülənmə xəstəxananın 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və xəstələr təxliyə olunub. 58 nəfər xəstə və 90 nəfər xəstəxananın işçisi təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə vəfat edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

FHN rəsmisi qeyd edib ki, hadisə yerinə 5 ədəd yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət cəlb edilib. Bundan əlavə, regional idarənin xüsusi riskli xilasediciləri əraziyə cəlb olunub.

Səlcuq Elçin

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR