Bank Of Baku

FHN-in xidmət rəisi yanğın baş verən ərazidədir - FOTO - YENİLƏNİB-1 - VİDEO

FHN-in xidmət rəisi yanğın baş verən ərazidədir - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 24 iyul 2023 23:32 (UTC +04:00)

Dövlət Yanğından Mühafizə Xidmətinə rəisi Hikmət Abbasov və yanğın baş verən əraziyə gəlib.

APA xəbər verir ki, FHN-in xidmət rəisi yanğın baş vermiş ərazidədir.

***

Saat 23:27

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 22:58

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.

APA xəbər verir ki, icra başçısına ərazidəki yanğın barədə məlumat verilib.

Ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.

***

Saat 22:10

Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

APA-nın hadisə yerində olan müxbirin verdiyi məlumata görə, əraziyə əlavə yanğınsöndürmə qüvvələri cəlb edilib. Havanın küləkli olmasa yanğının söndürülməsi işini çətinləşdirib.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR