Bank Of Baku

FHN: Mingəçevir su anbarında batdıqları ehtimal olunan şəxslərin axtarışı davam edir - VİDEO

FHN: Mingəçevir su anbarında batdıqları ehtimal olunan şəxslərin axtarışı davam edir - VİDEO
# 22 fevral 2025 18:50 (UTC +04:00)

Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR