Bank Of Baku

FHN: Ötən sutka ərzində 72 yanğına çıxış, 3 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 72 yanğına çıxış, 3 nəfər xilas edilib
# 15 iyul 2023 13:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 72 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər, o cümlədən Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü qadın xilas edilib. Yanğınlar zamanı 2 nəfər xəsarət alıb. Həmçinin, Qəbələ rayonunun Nohurqışlaq kəndində “ВАЗ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində baş vermiş nəqliyyat qəzası zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR