Bank Of Baku

FHN: Şabranda mürəkkəb relyefli ərazidəki yanğının söndürülməsi davam edir - VİDEO - YENİLƏNİB-2

FHN: Şabranda mürəkkəb relyefli ərazidəki yanğının söndürülməsi davam edir - VİDEO  - YENİLƏNİB-2
# 08 iyul 2023 21:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 20:23

Şabran rayonu Təkyə kəndi yaxınlığında, mürəkkəb relyefli ərazidə başlayan yanğın nəzarətə götürülüb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Saat 19:34

Video, foto əlavə olunub.

***

18.35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR