Bank Of Baku

FHN Xızıda Sitalçay kəndində təxliyə işləri aparır - FOTO

FHN Xızıda Sitalçay kəndində təxliyə işləri aparır - FOTO
# 06 aprel 2026 14:42 (UTC +04:00)

Xızıda Sitalçay kəndində daşqın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığının xidmət rəisi polkovnik Cəfər Həsənov APA-ya açıqlamasında bildirib ki, səhər təxminən saat 7-8 radələrində FHN-ə bununla bağlı siqnal daxil olub.

Hazırda FHN-in texnikaları və şəxsi heyəti ərazidədir, təxliyə işi aparılır.

Onun sözlərinə görə, indiyə kimi altı evdən 8-i böyük, 5-i azyaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib.

Hazırda yollarda hərəkətin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır, vətəndaşlara zəruri yardım göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR