Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” maraklı minik maşını divara çırpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Sezar Cəfərov Bəhram oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.