Bank Of Baku

Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşüb

Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşüb
# 10 iyul 2025 07:53 (UTC +04:00)

Gəncədə 33 yaşlı şəxs narkotik vasitənin təsirindən komaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü O. Abbasov yüksək dozada narkotik qəbul edən zaman komaya düşüb.

33 yaşlı kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR