Bank Of Baku

Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər tutulub

Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər tutulub
# 26 iyul 2023 09:41 (UTC +04:00)

Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR