Bank Of Baku

Gəncədə 33 yaşlı kişini və 39 yaşlı qadını bıçaqladığı iddia edilən şəxs tutulub - YENİLƏNİB

Gəncədə 33 yaşlı kişini və 39 yaşlı qadını bıçaqladığı iddia edilən şəxs tutulub - YENİLƏNİB
# 09 sentyabr 2026 09:41 (UTC +04:00)

Gəncədə 33 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.

Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.

Qeyd edəki ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

06:36

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E. Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

33 yaşlı kişini hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR