Bank Of Baku

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib
# 02 aprel 2026 23:44 (UTC +04:00)

Gəncə şəhərində xəsarətalma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, şəhər sakini 1985-ci il təvəllüdlü E.Həsənov bud nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

41 yaşlı kişinin hansı şəraitdə xəsarət alması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR