Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 14-də saat 17:50 radələrindən etibarən 2-si azyaşlı olmaqla 6 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.
Hazırda onların müalicəsi davam etdirilir. Xəstələrdən 4-nün vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.