Bank Of Baku

Gəncədə 7 yaşlı uşaq karuseldən yıxılaraq xəsarət alıb - YENİLƏNİB

Gəncədə 7 yaşlı uşaq karuseldən yıxılaraq xəsarət alıb - YENİLƏNİB
# 17 iyul 2025 13:12 (UTC +04:00)

İyulun 17-də saat 01:50 radələrində 2018-ci il şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub: "Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir".

***

11.24

Gəncə şəhərində 7 yaşlı qız karuseldən yıxılaraq xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatlna görə, hadisə Bayraq Meydanında qeydə alınıb. Şəhər sakini olan 2018-ci il təvəllüldü A.Əliyeva ərazidə karuseldən yıxılıb. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR