Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Samux rayon sakini E. İlyasov idarə etdiyi Mercedes markalı avtomobil ilə Gəncə şəhəri Atatürk prospekti S. Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən piyada 1970-ci il təvəllüdlü şəhər sakini Rahilə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Rahilə Hüseynova mənzil kommunal təsərrüfatı birliyinin işçisi olub.