Gəncədə 56 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 18-də saat 18:40 radələrində 1970-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Qarın boşluğunun daxilə keçən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.