Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub.
Qəza zamanı 1986-cı il təvəllüdlü E. Əliyev, 1991-ci il təvəllüdlü S. Əliyeva və 1983-cü il təvəllüdlü E. Atakişiyev xəsarət alıblar.