Bank Of Baku

Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb
# 07 aprel 2026 11:12 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ə.Əliyev və 2004-cü il M.Kaygusuz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, aprelin 6-da saat 04:20 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bud-çanaq nahiyəsinin açıq yarası və sağ döş qəfəsinin daxilə keçməyən kəsilmiş, deşilmiş yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR