Gəncədə zəhərlənən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs pizza yedikdən sonra özünü pis hiss edib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 4-də saat 19:50 radələrində 2 nəfər (kişi) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
*
18:02
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumata görə, iki nəfər xəstəxanaya aparılıb.
Onlara tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs pizza yedikdən sonra özünü pis hiss edib.
Faktla bağlı araşdırma aparılır.