Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Regional Kollecində qeydə alınıb. Kollecdə anidən yanğın başlayıb, əraziyə FHN əməkdaşları cəlb olunub.
Yanğın zamanı 11 tələbənin tüstüdən zəhərləndiyi bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Kollecdən APA-ya verilən məlumata görə, yanğına otaqlardan birində elektrik sayğacında qısaqapanma səbəb olub. Qeyd olunub ki, tüstüdən zəhərlənən tələbələrin vəziyyəti normaldır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 10 tələbə tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.