Gəncədə küçədə dayanan avtomobil qəfildən alışıb.
APA-nın yerli bürosu şahidlərə istinadən xəbər verir ki, şəhərin Cavad xan küçəsində park olunmuş “Daewoo Nexia” markalı avtomobil anıdən yanıb.
Hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunub. Alov qısa zamanda söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisənin səbəbləri araşdırılır.