Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə "Şəmkir avtovağzalı"nın qarşısında qeydə alınıb.
Gəncə-Balçılı xətti üzrə işləyən "Mercedes" markalı, 36 saylı sərnişin mikroavtobusu ilə "QAZ-24" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.