Bank Of Baku

Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO

Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO
# 03 avqust 2023 03:11 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun birinci kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes "markalı minik maşını ilə "VAZ 2106" markalı avtomobil toqquşub.

Zərbənin təsirindən "VAZ 2106" yolun hərəkət hissəsinə aşıb.

Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR