Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Hərəkətdə olan “KIA” markalı minik avtomobili yolu keçmək 2004-cü il təvəllüdlü İ.Mehdiyevi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.