Gəncədə yol-nəqliyyat hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.
Qəza zamanı "Chevrolet"in sürücüsü, 1983-cü il təvəllüdlü Rəhimov Vaqif Tapdıq oğlu və onun övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.