Bank Of Baku

Gəncədə qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB

Gəncədə qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB
# 09 mart 2026 21:49 (UTC +04:00)

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 9-da saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhəri, S.Vurğun küçəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2007-ci il və 2009-cu il təvəllüdlü 2 nəfər (1 qadın, 1 kişi) müştərək travma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.


***

15:13

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21010" ilə "Hyundai "markalı minik maşınları toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR