Bank Of Baku

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib - YENİLƏNİB-3 - FOTO - VİDEO

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib - YENİLƏNİB-3  - FOTO  - VİDEO
# 26 aprel 2023 15:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Gəncədə xəstəxanada baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik lövhəsində baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, xəstəxana binası yanğından mühafizə edilib. Paralel olaraq, təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü Məmmədova Nazilə Həbib qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

***

11.12

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır

***

10.51

Gəncədə xəstəxanada baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək ölüb.

APA-nın xəbərinə görə, ölən şəxsin reanimasiyada müalicə alan xəstə olduğu bildirilir.

***

10.25

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

APA-nın xəbərinə görə, xəstəxananın zirzəmisində elektrik şitində tüstüləmə baş verib. Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb. Təhlükəsizlik məqsədilə xəstələr təxliyə olunub.

***

10.12

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.

Səlcuq Elçin

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR