Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Gəncədə ləğv olunmuş Nizami rayon icra hakimiyyətinin binasında anidən yanğın olub. Hadisə yerinə yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.