Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, "Opel" ilə "Chevrolet" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Opel" idarəetmədən çıxaraq yol kənarında dayan digər "Chevrolet" markalı minik maşınına və dayanacağa çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.