Goranboyda üç avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
21:12
Goranboy-Naftalan yolunda baş verən zəncirvari yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
***
20:42
Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
APA-nın yerli bürosunun məlumatına görə, qəzanın zəncirvari olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.