Bank Of Baku

Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB
# 22 avqust 2026 21:12 (UTC +04:00)

Goranboy-Naftalan yolunda baş verən zəncirvari yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

***
20:42

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

APA-nın yerli bürosunun məlumatına görə, qəzanın zəncirvari olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR