Goranboyda zəncirvari qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar 1976-cı il təvəllüdlü Rəşad Muradov və 1992-ci il təvəllüdlü Xəyalə Əliyevadır.
***
19.54
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.
Hərəkətdə olan 3 minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.