Bank Of Baku

Goranboyda baş verən qəzada sürücü ölüb - YENİLƏNİB

Goranboyda baş verən qəzada sürücü ölüb - YENİLƏNİB
# 15 iyul 2023 10:41 (UTC +04:00)

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Naftalan-Səfikürd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Raul Suliddin oğlunun idarə etdiyi “VAZ-21124” markalı avtomobil Goranboy rayonu Səfikürd kəndi istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirərək yolun sağ kənarına aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobildə sərnişin olan arvadı 1992-ci il təvəllüdlü Məmmədova Aynanisə Oktay qızı və 03.07.2013-cü il təvəllüdlü oğlu Məmmədli Ramal Raul oğlu bədən xəsarətləri almışdır.

Faktla bağlı 14.07.2023-cü il tarixdə Goranboy RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

07:48

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kədində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 1992-ci il təvəlüdlü Aynisə Məmmədova və onun azyaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR